Yaşlı insanlarda burundan qan yüksək təzyiqdən açıla bilər

  • 2023.08.11 17:31
  • 1414 Baxış
Yaşlı insanlarda burundan qan yüksək təzyiqdən   açıla bilər
Çox zaman burundan qəfil qan açılmasını uşaqlarda pozulma kimi qəbul etsələr də, yaşlı insanlarda da belə hal yaşana bilər.

“Medicina” xəbər verir ki, həkim Svetlana Popova yaşlılarda burun qanamasının əsas səbəblərini açıqlayıb.


“Bu daha çox təzyiq və ya digər xəstəliklər səbəbindən arterial təzyiqin dəyişməsi fonunda baş verir. Hətta yaşlı adam yorulanda, hündürlüyə çıxanda, təyyarə ilə uçanda təzyiq və kəllədaxili təzyiq artdığından burundan qəfil qan açıla bilər.


Eləcə də tez-tez belə qanamalar ürək-damar patologiyalarından xəbər verə bilər.
Digər mümkün səbəblər – K vitamini, C vitamini əskikliyi, qan laxtalanması pozulması və digər pozulmalardır.


Bəzi dərmanlar, xərçəng və qaraciyər dərmanları da burundan qan açılmasına səbəb ola bilər.
Əgər yaşlı adamda qanı saxlaya bilmirsizsə, mütləq xəstəxanaya çatdırıb, peşəkar tibbi yardım göstərməli və qan açılmasına səbəb olan kapilyarlar “yandırılmalıdır”.


Aygün Musayeva