Yorğunluq və qarın ağrısı bağırsaq xərçənginin əlaməti ola bilər.
Medicina.az xəbər verir ki, bağırsaq xərçəngi simptomlarını təhlil edən ən böyük tədqiqatlardan birinin nəticələri Family Practice jurnalında dərc edilib.
Onun müəllifləri Danimarkada yaşayan 20 yaş yuxarı 100.000 insanın iştirak etdiyi ölkə miqyaslı kohort tədqiqatının məlumatlarına əsasən xəstəliyin spesifik və qeyri-spesifik simptomlarını müəyyən etməyə çalışıblar.
Tədqiqatçılar aşağıdakıları aşkar ediblər:
Qarın ağrısı ən çox yayılmış spesifik xəbərdarlıq simptomudur (xəstələrin təxminən 20%-i tərəfindən qeyd olunur).
Yorğunluq qeyri-spesifik simptomdur (xəstələrin yarısına qədəri tərəfindən şikayət olunur).
Rektal qanaxma həkimə müraciətlərin ən çox yayılmış səbəbi.
Mütəxəssislər hər hansı bir simptom üç həftə və ya daha çox davam edərsə, ümumi praktikant və ya internistlə məsləhətləşməyi məsləhət görürlər.
Onlar qeyd edirlər ki, kolorektal xərçəng hallarında simptomların kombinasiyası tez-tez baş verir.
Bağırsaq xərçənginin dəqiq səbəbi məlum deyil. Lakin tədqiqatlar göstərir ki, onun inkişaf ehtimalını bir neçə amil artıra bilər.
Bunlara çoxlu qırmızı və emal olunmuş ət yemək, artıq çəki, siqaret çəkmək, spirtli içki qəbul etmək və ailədə bağırsaq xərçəngi tarixi daxildir.
Aygün Musayeva