Yatmazdan əvvəl aspirin – İnfarkt riskini azaldır

  • 2020.06.01 17:19
  • 4369 Baxış
Yatmazdan əvvəl aspirin  – İnfarkt riskini azaldır

Beynəlxalq kardioloqlardan ibarət qrup hər gün yatmazdan öncə aspirin qəbul etməyin ürək tutmaları riskinə təsirini araşdırıb.


Medicina.az xəbər verir ki, tədqiqatda aspirin qəbul edən ürək-damar xəstələri iştirak edib. Onlar 90 gün aspirini səhərlər qəbul ediblər, 90 gün isə yatmazdan əvvəl.


Bu xəstələrin hər həftə təzyiqləri ölçülüb, 3 aydan ir qan analizləri götürülüb. Xüsusilə trombositlərin göstəricilərinə diqqət yetirilib. Çünki onlar trombun əmələ gəlməsinə səbəbdir.

Nəticələr göstərib ki, aspirin bu xəstələrdə trombositlərin birləşməsinə mane olub ki, bu da tromb, infarktın qarşısını alıb.

Amma axşam yatmazdan əvvəl qəbul edilən aspirin səhərlər trombositlərin birləşməsini daha çox əngəlləyib ki, bu da gün boyu infarktın baş verməsinin qarşısını alır.


Ona görə də alimlər səhərlər aspirin qəbulunu gecəyə keçriməyi tövsiyə edir.