Yaxın gələcəkdə ambulator xəstələrin dərmanları da sığorta ilə olacaq

  • 2023.09.28 12:36
  • 1496 Baxış
Yaxın gələcəkdə ambulator xəstələrin dərmanları da    sığorta ilə olacaq

“Yaxın gələcəkdə Tibb Sığortanın “Xidmətlər zərfi”nə ambulator müalicə üçün dərman preparatları ilə təmin olunma salına bilər”.

"Medicina" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.


“ Hətta ən ağır xəstəliklər, əməliyyatlar, müalicələr və dərmanlar da Xidmətlər Zərfinə daxil ediləcək. . Gələcəkdə biz əhaliyə daha da yüksək və keyfiyyətli xidmət göstərmək üçün bütün zəruri tədbirləri edəcəyik. Bunun üçün bütün tibbi qurumlar birgə fəaliyyət göstərir".

Aygün Musayeva