Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaxşı həzm öddən başlayır - Öd kisəsi xəstəlikləri üçün vasitə

  • 2024.03.19 16:00
  • 2719 Baxış
Yaxşı həzm öddən başlayır  - Öd kisəsi xəstəlikləri üçün vasitə

Yaxşı həzm – öddən bir başa asılıdır!

"Medicina" orqanizmdə öd kisəsi və ödün əhəmiyyətini təhlil edir:
Öd qaraciyər qədər vacib orqandır.

- Qida ilə qəbul edilən yağların parçalanması və sorulmasını təmin edir
-yağda həll olan vitaminlərin sorulmasını təmin edir

-bioloji aktiv maddə (xolesistokinin, qastrin) ifraz edən bağırsaq vəzlərini aktivləşdirir

-mədəaltı vəzin və bağırsağın fermentlərini aktivləşdirib, həzmi yaxşılaşdırır
-zülal və karbohidratların hidroliz və sorulmasını gücləndirir

-bakterisid təsir: mədə və bağırsaqda olan patogenləri məhv edir

-mədədən qida ilə gələn turş pepsini neytrallaşdırır ki, nazik bağırsağın selikli qişasını zədələməsin

-peristaltikanın yaxşılaşması: bağırsaq fəaliyyətini aktivləşdirib, qəbizliyi aradan qaldırır

-detoksikasiya funksiyası –orqanizmdən işlənmiş maddələri –metabolitləri xaric edir (xolesterin, bilirubin, digər metabolitlər)

Öd axınının pozulmasının səbəbləri:

Xroniki stress (öd kisəsində boşalmanın sinir tənzimini pozur)
Susuzlaşma nəticəsində öd qatılığı
Parazitoz

Ödçağırıcı komponent qıtlığı, yağsız pəhriz (kisənin yığılmasını təmin edən XOLESİSTOKİNİN h-nu nazik bağırsaqda yağlı yemək zamanı ifraz olur)
Çox soyuq su, içkilər, yemək
Diafraqmanın spazmı
Öd kisəsi və öd yollarında iltihab (xolesistit, xolangit)
Anadangəlmə anatomik deformasiyalar

Öd kisəsi və öd yollarında daşın əmələ gəlməsi
Çox oturmaq, hərəkətsizlik (qəbizlik, qan və limfa durğunluğu, varikoz...)
Statin qəbulu (XL azalır, öd sintezi zəifləyir)
Zəif mədə turşuluğu

Yeməyə diqqət yetirmədən, zövq almadan yemək (telefonla danışaraq, komp. İşləyərək, uşaq başını multiklə qatmaqla..)

Mədə-bağırsaq traktının kəskin və xroniki xəstəlikləri: qastrit; mədəaltı vəzi, bağırsaqda iltihab;

Yuxu rejimini pozulması

Öd axınının pozulması fəsadlara gətirir!

Yaxın fəsadlar:

• Ağızda acılıq, quruluq, dilin yanması, gəyirmə, yeməkdən sonra köp, ürəkbulanma
• Dəri qaşınması, dəri quruluğu, üzdə ləkələr, akne
• Selikli qişaların, dərinin sarımtıl olması
• Dilin sarı ərplə örtülməsi
• Sağ qabırğaaltı nahiyədə ağırlıq və ağrı
• Qəbizlik, bəzən diareya
• Baş ağrıları, miqren (gicgah nahiyəsi – öd kisəsi proyeksiyası)
• Beynə toksiki təsir!! (əsəbilik, tez qıcıqlanma,...)
• Yorğunluq
• Gecə yuxusuzluq - gündüz yuxululuq
• Qulunc (sağ çiyində, sağ kürək nahiyəsində ağrı – öd kisəsi proyeksiyası)
• Qaz dərisi


Uzaq fəsadlar:

• Sızdıran bağırsaq
• SIBO
• Ateroskleroz
• Ksantelazm (lipid mübadiləsi pozulması)
• Neyrodegenerativ xəstəliklər
• Mioma, mastopatiya, endometrioz...(estrogendominantlıq)
• Xroniki, Autoimmun xəstəliklər.....və s
• Skolioz
• Oynaq ağrıları, oynaqda xırçıltı (öd sinovial mayenin sintezində iştirak edir)


Öd axınını yaxşılaşdırmaq və öd kisəsinin iltihabını aradan qaldırmaq üçün Chelidonium Homaccord preparatından istifadə etmək olar.

Tərkibi:

• Chelidonium komponenti - ödün reoloji xassələrini yaxşılaşdıraraq, daşəmələgəlmənin qarşısını alır

• Belladonna komponenti - iltihabı və müvafiq olaraq, ödemi azaldaraq, öd axınını yaxşılaşdırır


GÖSTƏRİŞLƏR:

• xolesistit
• xolangit
• ödçıxarıcı yolların və öd kisəsinin diskineziyası
• kəskin və xroniki hepatit

• qaraciyərin digər xəstəlikləri
• qurd invaziyaları



Chelidonium Homaccord Almaniya istehsalıdır. Təbii tərkiblidir. Hər yaşda istifadə oluna bilər.


Aygün
MEDİCİNA.AZ