Yaxşı yuxu üçün 4 amil

  • 2022.11.25 14:00
  • 2832 Baxış
Yaxşı yuxu üçün 4 amil

Tədqiqatçılar yaxşı yuxu üçün 4 amil müəyyən ediblər.

"Medicina" tədqiqatda 833 könüllü iştirak edib.

Onların yarım ay ərzində qidalarının keyfiyyətini və həcmini, fiziki aktivlik səviyyəsini, yuxu rejimini, qlükoza səviyyəsini müəyyənləşdirərək müşahidələr aparılıb.

İştirakçılara yalnız gündəlik olaraq necə hiss etdiklərini və yuxularını necə qiymətləndirdiklərini təsvir etmək tapşırılıb.

Müəyyən edilib ki, insanlar nə qədər çox yatıblarsa o qədər gec oyanıblar.

Oyaq olanda özlərini bir o qədər yaxşı hiss edirlər.

İkincisi, yuxunun keyfiyyəti birbaşa gündəlik fəaliyyətdən asılıdır. Daha çox aktiv fəaliyyət yaxşı yuxuya bərabərdir.


Üçüncüsü, səhər yeməyinin keyfiyyəti və tərkibi mühüm rol oynayır. Daha yaxşı oyanmaq üçün səhər yeməyini karbohidratlarla zənginləşdirmək məsləhət görülür. Amma artıq protein oyanmağınıza mane olur.

Nəhayət, qanda qlükoza səviyyələrində qəfil artımın qarşısını almaq məsləhətdir. Təcrübələr göstərir ki, çoxlu qlükoza ilə səhər yeməyi yeyənlər adi, karbohidratla zəngin səhər yeməyi yeyənlər isə daha gümrah olur. /lent.az/

Aygün Musayeva