Yayda yedikcə arıqladan meyvə - Faydaları saymaqla bitmir

  • 2024.06.05 16:54
  • 738 Baxış
Yayda yedikcə arıqladan meyvə -  Faydaları saymaqla bitmir
Qarpız yay aylarının ən sevimli meyvələrindən biridir.

Medicina.az xəbər verir ki, qarpızın saysız-hesabsız faydaları var.

Ən sağlam qəlyanaltı üçün ideal seçim olan bu meyvənin sağlamlığa təsirlərini təqdim edirik:

- Qarpızın tərkibində 170 milliqram kalium var. Bu, sinir və əzələ funksiyasını, eləcə də bədəninizdə maye balansını dəstəkləyən vacib bir mineraldır. Qarpız çoxlu miqdarda A vitamini və C vitamin ehtiva edir.

- Susuzluq yorğunluq, əzələ krampları və baş ağrılarına səbəb olaraq sağlamlığınıza zərər verə bilər. Qarpızın 92%-i su olduğu üçün yay aylarında bol miqdarda yemək tövsiyə edilir.


- Qarpız həm də ideal çəkini qorumaq və ya arıqlamaq üçün də uyğun meyvələrdən biridir. Kalorisi azdır, üstəlik şirniyyat istəyini azaldır. Tərkibində çoxlu su olduğu üçün uzun müddət toxluq hissi yaradır.

- Qarpız yemək müntəzəm olaraq sağlamlığı dəstəkləyir. Diabet, piylənmə, ürək-damar xəstəliklərindən, xərçəngdən və xroniki digər xəstəliklərdən qorunmaq üçün qarpız istehlak etmək vacibdir. Qarpız bütün bu faydalarını orqanizmi stressdən qorumağa və hüceyrə zədələnməsinin qarşısını almağa və ya yavaşlatmağa kömək edən antioksidantlara borcludur.

- Qarpızın tərkibindəki maddələr katarakta əmələ gəlməsinin qarşısını almağa və ya gecikdirməyə kömək edir. Bu, hətta korluğa səbəb ola biləcək yaşa bağlı makula degenerasiyasının inkişaf riskini azalda bilər

- Qarpızın tərkibində çoxlu miqdarda C vitamini (askorbin turşusu) var ki, bu da immunitet sisteminizi mikroblara və infeksiyalara qarşı mübarizədə dəstəkləyir. İmmunitett güclü olduqda xərçəng riski də azalır.

- Qarpız bədəninizin bərpasına və məşqdən sonra daha yaxşı hiss etməsinə kömək edə bilər.

- Bu meyvənin tərkibindəki C vitamini bədəninizə immunitet sisteminizi, hüceyrələrinizin sağlamlığını və zədələrdən sağalma qabiliyyətinizi dəstəkləyən kollagen istehsal etməyə kömək edir. Kollagen istehsalı artdıqda dəri keyfiyyəti də yaxşılaşır.



Aysel