Yazda hansı qan analizləri verilməlidir? - BAZA SİYAHI

  • 2022.04.26 14:31
  • 2901 Baxış
Yazda hansı qan analizləri verilməlidir?  - BAZA SİYAHI

Qışdan çıxan orqanizm tükənmiş olur, stress, soyuq hava, zəif qidalanma, vitaminsizlik orqanizmdə öz təsirini göstərir. Hər bir insan yaz ayında mütləq bir dəfə çek-apdan keçməlidir.

Bakupost.az orqanizmin vəziyyətini bilmək üçün yazda verilməli olan əsas baza analizləri təqdim edir.

1. Qanın və sidiyin ümumi analizi - Burda böyrəklərin vəziyyəti, qanazlığı, iltihab, qanın ümumi vəziyyəti, göbələk, allergiya, virus və bakteriya yükü təyin olunur.

2. Qanın biokimyəvi analizi - daha dərin qan analizi, mədəaltı vəz, öd, qaraciyər, ürək-damar sisteminin xəstəliklərini təyin edir.
Eləcə də maddələr mübadiləsinin necə olduğunu göstərir. Bu analizlə autoimmun xəstəiklər, qastrit, pankreatit, qaraciyər xəstəlikləri, artrit və s. təyin olunur.

Kreatin, ALT, AST, bilirubin, zülal, sidik turşusu, xolesterin, triqliseridlər, qlükoza.

3. Hormonal analiz - qalxanvari vəzin ümumi müayinəsi, TSH, T3, T4 analizləri vacibdir.

Çünki qalxanvari vəz həm kişi, həm də qadınlarda qalxanvari vəz psixi, zehni, sinir sistemini idarə edir, ürək-tənəffüs sistemi, cinsi aktivlik, hamiləlik bu vəzdən asılıdır.

Ona görə hər kəs ildə 2 dəfə qalxanvari vəzini yoxlatmalıdır.

4. Koaquloqramma - qanın laxtalanma dərəcəsinin təyini

Tez yorulan, əzgin, diqqət yayqınlığı, baş ağrısı, əl-ayaqda uyuşma hiss edən hər kəs bu analizi verməlidir.
Qışda qrip və kovid keçirəndən sonra qanda qatılaşma baş verir.

5. Vitamin D analizi

90% əhalidə bu vitamin defisitdir, qışdan sonra kəskin düşür. Dozanın düzgün təyini üçün qanda miqdarı bilmək vacibdir.

6. Qanda dəmir -ferritin analizi

Ciddi baş gicəllənmə, yorğunluq, dərinin ağarması, təngənəfəslik varsa, sizdə dəmir defisiti var. İstər uşaqlar, istər qadınlar bu analizi mütləq verməlidir. Ferritini qida, yeməklə qaldırmaq çox çətindir, mütləq dərman terapiyası lazımdır.


Aygün Musayeva
BakuPost