Badımcan və toyuqdan kotlet – Fərqli dad

  • 27 May 2019 20:26
  • 8013 Baxış
Badımcan və toyuqdan kotlet –  Fərqli dad
Evdə toyuq filesi və badımcan varsa, bu dadlı kotletləri hazırlaya bilərsiz. Həm də badımcanın mövsümüdür.

Medicina.az asan resepti təqdim edir:


Ərzaqlar:


Toyuq filesi – 400 qr

Badımcan – 2ədəd

Soğan -1 ədəd

Sarımsaq -1 diş

Yumurta -1 ədəd

Suxarı – 

duz, istiot

Bitki yağı 


Hazırlanması:


Badımcan soyulub, iri doğranılır. File yuyulur, orta ölçüdə doğranılır. Blenderdə doğranmış badımcan, soğan, sarımsaq, toyuq qarışdırılır. Ətçəkəndən də keçirmək olar. Duz, istiot, ədviyyat, yumurta vurulub qarışdırılır. Farş soyuducuda 20 dəqiqə saxlanılır.


Əllərinizi suya batırmaqla, farşdan kotlet forması düzəldilir. Suxarıda batırıb, isti yağda ikitərəfli qızardılır.