Yeni il salatlarını neçə gün saxlamaq olar?

  • 2023.12.28 17:27
  • 1169 Baxış
Yeni il salatlarını neçə gün saxlamaq olar?

Yəqin ki, çoxunuz Yeni il süfrəsindən qalan salatları boyat da olsa bayramdan sonra yeməyə adət edib.


“Medicina” xəbər verir ki, nutrisoloq, endokrinoloq İrina Dmitriyevna Yeni ildə hazırlanan, xüsusilə mayonezli salatların bayramdan sonraya saxlanmasından danışıb.

“Ən məşhur salat olan Olivyeni yanvarın 1-i artıq tullamaq lazımdır.


Harda və necə hazırlanmasından, saxlanmasından asılı olmayaraq, yeməkdə az miqdarda da olsa bakteriya olur.


Zaman keçdikcə artıq təhlükəsiz miqdar artır və orqanizm üçün zərərli dərəcəyə çatır.

Rəsmi tövsiyələrə görə, salatların soyuducuda +2-4 dərəcədə saxlanma müddəti belədir:

- Çiy meyvə və tərəvəz tərkibli salatlar – 12-18 saat
- Ət, toyuq, kolbasa tərkibli salatlar – 18 saat

- Bimiş tərəvəzlərdən salat, vineqret – 18 saat

- Konservləşdirilmiş və yumurta tərkibli – 6-7 saat

- Dəniz məhsulları ilə salat – 12 saat

- Şorabalı, duzlu xiyar və kələmli salatlar – 30 saat

Mayonezli salatlar Yeni il günü hazırlanıbsa, maksimum axşama kimi ömrü var”.

Aygün Musayeva