Yeni il süfrəsində ən bezdirici yeməklərin reytinqi

  • 2023.12.27 18:38
  • 1042 Baxış
Yeni il süfrəsində ən bezdirici yeməklərin  reytinqi

Rusiyanın 3 məşhur sosial şəbəkəsində Yeni il süfrəsində ən bezdirici və arzu olunmayan yeməklər üzrə sorğu araşdırma aparılıb.


“Medicina” xəbər verir ki, 7000 nəfərin rəyinə əsasən, artıq dəbdən düşən yeməklər bunlar seçilib:


- 16% - Olivye, bizdə isə Paytaxt salatı hesab edilən salatı seçiblər.
- 13% - krab və gavalı salatını istəmir
- 7% - şuba salatı
- 6% - toyuqla kartof
- 6% - buterbrod, kolbasa

30% insan nəinki yemək, hətta hər yeni ildə eyni yeməkləri hazırlamaqdan bezdiklərini etiraf edib.


50% iştirakçı Yeni il süfrəsində kabab, nərə balığı, ananas, kokteyl və blinçik görmək istəyib.

Aygün Musayeva