Yeni ildə hansı şərab faydalıdır?

  • 2023.12.15 19:17
  • 2127 Baxış
Yeni ildə hansı şərab faydalıdır?


Müxtəlif növ şərablar içində sağlamlıq üçün ən təhlükəsizi açıqlanıb.

“Medicina” xəbər verir ki, dietoloq Debbi Petitpeyn Yeni il üçün ən uyğun şərabı seçib.

“Bayram günü ən uyğun şərab az şəkər və alkoqol tərkibli olandır. Bu parametrlərə daha çox ağ şərab uyğun gəlib.

İsti iqlim ölkələrində yetişən üzümdən şərab daha tünd və şirin olur.
Alimlər isə qırmızı şərabın faydalı olduğunu artıq sübut edib.
Adətən bu şərab antioksidant təsirlidir, iltihabı aradan qaldırır.

Amma buna baxmayaraq, bu şərabın da yol verilən dozası qadınlar üçün bir qədəh, kişilər üçün 2 qədəhdir.

Normasında şərab ürək-damar xəstəlikləri riskini azaldır. Heç içməyənlərlə az miqdar içənlərin təhlili göstərib ki, az miqdar içənlərdə ürək-damar və xərçəngdən ölüm nisbətən az olur.

Quru ağ şərab qırmızıdan da faydalıdır.

Keyfiyyətli şərab hazırlanan üzüm pis xolesterini azaldır, yaxşı xolesterini çoxaldır.

Yaxşı şərabı həmçinin xərçəngə qarşı qalxan da hesab edirlər.
Şərabda olan fenol süd vəzi və prostat xərçəngi riskini xeyli azaldır”.


Aygün Musayeva