Yumurta ilə kərə yağı damarları tutur?

  • 2024.05.08 21:00
  • 671 Baxış
Yumurta ilə kərə yağı damarları tutur?

Yüksək xolesterin əsrin bəlasına çevrilib və insult, infarktların birinci səbəbidir.


“Medicina” xəbər verir ki, orqanizm özü də xolesterin hasil etdiyi üçün kənardan qida ilə 15% xolesterin daxil olur.


Kardioloq Konstantin İvanov xolessterini reabilitasiya etməyin vacibliyindən danışıb:


“Xolesterin çox təkamül prosesi keçib. Xolesterinsi\z orqanizm ola bilməz. Bizim hüceyrələrimizin qoruyucu membranı məhz xolesterindən qurulur.


Xolesterindən qadın və kişilərin cinsi və digər hormonları sintez olunur.
Xolesterin qorxulu bir şey deyil. Əgər analizdə ümumi xolesterinin çoxalması görünürsə, bu heç də dəhşətli nəticələr demək deyil.


Bir çox mənbələr hətta yumurta ilə yağı qadağan edir. Amma bu əsaslı deyil.

Dietoloqlar zərərli xolesterini salmaq üçün avokado, balıq, paxlalılar. Toxumlar, qozlar, zeytun yağını tövsiyə edir”.


Aygün Musayeva