Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yuxu və qusma şikayətləri... - Təhlükəli saatlar açıqlandı

  • 2025.07.19 11:51
  • 176 Baxış
Yuxu və qusma şikayətləri... -  Təhlükəli saatlar açıqlandı

Temperaturun artması ilə xüsusilə yay aylarında isti vurma hallarında artım müşahidə olunur.

Medicina.az xəbər verir ko, mütəxəssislər yüksək hərarətin sağlamlığa ciddi təsirlərini vurğulayaraq, körpələrin, yaşlıların və xroniki xəstəlikləri olan şəxslərin günün ən isti saatlarında küçəyə çıxmamasını vurğulayırlar.



İlkin simptomlara həddindən artıq tərləmə, ürək döyüntüsü, sürətli və ya zəif nəbz, ürəkbulanma, qusma, əzələ krampları və baş ağrısı daxildir.

Sonrakı hallarda tərləmə azaldıqca bədən istiliyi 39-40 dərəcəyə çata bilər.

Körpələr, yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olanlar bədənlərinin temperatur tənzimləmə mexanizmlərinin həssaslığına görə daha çox risk altındadırlar. Mərkəzi sinir sisteminin zədələnməsi çaşqınlıq, yuxululuq və daha da ciddi nevroloji problemlərə səbəb ola bilər. Təcili yardıma müraciət edən xəstələrin əksəriyyəti yüngül simptomlarla maye terapiyası ilə evə buraxılsa da, bəzi hallarda xəstəxanaya yerləşdirmə tələb oluna bilər.



Mütəxəssislər vurğulayırlar ki, günəş vurması üçün ilkin müalicə çox vacibdir. Şəxsin sərin bir mühitə köçürülməsi, soyunması və soyuq kompres tətbiq edilməsi tövsiyə olunur.

Əgər şüurlu olarsa, oral mayelər verilməlidir, lakin idrak funksiyası pozulursa, venadaxili maye terapiyası aparılmalıdır.

Erkən müdaxilə ciddi fəsadların qarşısını ala bilər.



İsti vurmanın qarşısını almaq üçün səhər 10:00-dan axşam 16:00-a qədər çölə çıxmamaq xüsusilə vacibdir. Bu saatların günəş işığı üçün ən sıx vaxt olduğu bilinir. 65 yaşdan yuxarı şəxslər, körpələr və diabet, ürək, böyrək və ya xərçəng xəstələri kimi risk qrupları üçün bu saatlarda açıq havada olmamaq xüsusilə vacibdir. Ürək və qan təzyiqi xəstələrinin qəbul etdiyi bəzi dərmanlar bu riskk artıra bilər.

Günün istisində çöldə işləməli olanlar üçün qoruyucu tədbirlər görmək vacibdir. Papaq, gün eynəyi, açıq rəngli paltar taxmaq və günəşdən qoruyucu sürtmək tövsiyə olunur. Yüksək temperatur hətta birinci dərəcəli yanıqlara səbəb ola bilər.

Aygün
Medicina.az

Yuxu və qusma şikayətləri... -  Təhlükəli saatlar açıqlandı