83 yaşlı türk aktyor Zafer Ergin, sağlamlığı ilə bağlı sual verən müxbirlərə "Sünnət oldum" deyə bildirib. Onun cavabı müzakirələr yaradıb.
Medicina.az xəbər verir ki, "Arka Sokaklar" serialında "Rıza Soylu" obrazı ilə yadda qalan Zafer Ergin bir müddətdir sağlamlıq problemləri ilə mübarizə aparır. Onun infeksiya dəyərlərinin yüksək olduğu açıqlanıb.
Tədbirdə görünən "Arka Sokaklar"ın "Rıza Babası" açıqlaması ilə diqqət çəkib. Ergindən sağlamlığı ilə bağlı soruşulub. Aktyor, "Sünnət oldum, desəydiniz, parçasını gətirərdim. Nəysə..." deyərək cavab verib.
Erginin jurnalistlərlə zarafatı sosial mediada müzakirə olunub.
Aygün
Medicina.az