Yeniyetmə dəm qazından öldü

  • 28 Noy 2020 09:44
  • 610 Baxış
Yeniyetmə dəm qazından öldü

Noyabrın 27-i axşam saat 22 radələrində Zaqatalanın Qazangül qəsəbə sakini, 2007-ci il təvəllüdlü Akif Eldar oğlu Xasiyev kamatoz vəziyyətdə rayon xəstəxanaya daxil olub.

Müayinə zamanı 13 yaşlı A.Xasiyevin yaşadığı evin hamamında dəm qazından zəhərləndiyi məlum olub.

Həkimlərin səyinə baxmayaraq A.Xasiyev xəstəxanaya daxil olduqdan bir qədər sonra həyatını dəyişib.

Faktla bağlı araşdırma aparılır.