Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ziyillərdən xilas yolları - 5 effektiv təbii müalicə

  • 2017.09.04 15:21
  • 134192 Baxış
Ziyillərdən xilas yolları -  5 effektiv təbii müalicə
Ziyil-dəridə epidermis qatlarının artması nəticəsində düyünəbənzər törəmələrin əmələ gəlməsidir. Ziyillərin inkişafı çox vaxt virusla əlaqədar olur, kontakt və ümumi məişət əşiyalarından istifadə vasitəsilə yayılır.

 

Ziyillərin bir neçə növü var:


Sadə ziyillər-kiçik ölçülü, səthi buynuzlaşmış düyüncüklər olub, əsasən əllərdə və ayaqaltında yerləşir. Bəzən bir-biri ilə birləşərək böyük səthi əhatə edir və ağrıya səbəb olur.


Yastı ziyillər-xırda , yastı, dəri rəngindən seçilməyən papulalardır. Əsasən üz və əl dərisində olur.


Ayaqaltı ziyillər-məməcik şəkilli və kələ-kötür səthə malikdir, çox vaxt ayaq barmaqlarında və dabanda yerləşir.


Qocalıq ziyilləri-yaşlı adamlarda sinənin, qarının, belin dərisində iri ölçülü, qəhvəyiyə çalan rəngli törəmələr olur.

 

Ziyillər dəridə əmələ gələn xoşxassəli şişlərdir və onların əmələ gəlməsində virusların rolu böyükdür.


Ziyilləri əmələ gətirən viruslar insandan insana kontakt vasitəsilə keçir. Ziyillərə toxunmaqa, xəstənin darağından istifadə etməklə bu xəstəliyə yoluxmaq mümkündür. Ziyillərin əmələ gəlməsində həddindən çox tərləmənin, yüngül dəri zədələnmələrinin, psixi yüklənmələrin də rolu olduğu söylənilir.

 

Xəstəlik 4-5 ay gizli sürür və sonra əlamətlərini biruzə verir.


Ziyillərin bir-neçə növləri var (sadə, vulqar, kondiloma, gənclik ziyilləri və s.). Onlardan dermatoloqların köməyi ilə xilas olmaq mümkündür. Dermatoloqlar əməliyyat vasitəsilə ziyilləri kəsib götürürlər. Bu əməliyyat ağrısız və asan əməliyyatlardan sayılır.

 

 


Medicina.az ziyillərdən xilas olmaq üçün 5 effektiv təbii müalicə üsulunu təqdim edir. 


Bəzi xalq təbabəti vasitələri ilə də ziyillərdən xilas olmaq mümkündür.


1. Soğanı sirkədə 2 saat saxlayın və ziyilin üstünə qoyub bağlayın, sarğı gecə boyu qalsın. Bu üsulu bir-neçə dəfə tətbiq eləsəniz ziyildən xilas ola bilərsiniz.


2. 10 gün ziyili təzə alma sirkəsi ilə silin. 10 gün sonra ziyyillərdən xilas olduğunuzu görəcəksiniz.


3. Kalanxoe yarpağını ziyilin üstünə qoyub bağlanır və bir gün ərzində sarğı açılmır. Hər gün təkrarlanarsa, 1 həftə sonra ziyil itir.


4. Gündə 2 dəfə aloe şirəsini, dəmrovotu şirəsini, ananası ziyilə sürtməklə onldan xilas olmaq mümkün olur.


5. Qaraqaytaran toxumunu donuz yağı ilə qarışdırıb ziyillərin üstünə sürtməklə onlardan xilas olmaq mümkün olur. Bu zaman məlhəm ziyilə sürtülür və üstü bintlə bağlanır. Sarğı 3 gündən sonra açılır. Sarğı açıldıqdan 7 gün sonra ziyillər qopub düşür.

Ziyillərdən xilas yolları -  5 effektiv təbii müalicə
Ziyillərdən xilas yolları -  5 effektiv təbii müalicə
Ziyillərdən xilas yolları -  5 effektiv təbii müalicə