1 dəqiqəyə təşviş səviyyəsini necə yoxlamalı? - Ekspress-test

  • 2023.11.03 17:48
  • 1518 Baxış
1 dəqiqəyə təşviş səviyyəsini necə yoxlamalı?   - Ekspress-test


Necə öyrənmək olar ki, təşvişli insansan, ya səbrli?

“Medicina” xəbər verir ki, həkim psixiatr Aleksandr Meşyarikov tez keçə biləcəyiniz ekspress testi təqdim edib.

“Son zamanlar təşviş pozuntusu barədə çox danışılır, bu problem böyüdülür, onunla mübarizə, onun müalicəsi vacib hesab edilir, hər kəs təşvişdən qaçır, əslində isə təşviş baza instinkt hissdir.

Məhz təşviş bizə çox ehtiyatlı, diqqətli olmağa səfərbər edirə, amma bəzən çox üstə çıxır, bununla bizi fiziki və psixi tükədir.

Təşvişli olub-olmamağınızı bu testlə təyin edib, sonra psixiatra müraciət edərək, səbəblərini araşdırmalısız.

Sizə telefon lazımdır. Orda saniyəölçəni qurub, gözlərinizi yumun. Vaxt getsin. Saniyə, say hesablamayın. Sadəcə daxili hisslərinizə köklənin.Sizə elə gələndə ki, 1 dəqiqə bitdi, gözünüzü açın və telefona baxın. Neçə saniyədən sonra gözünü açdın?

-65-70 saniyə - siz kifayət qədər sakit, adekvat insansız, streslə baş edə bilirsiz.

55-63 saniyə - siz yüngül dərəcə təşvişlisiz, şübhəniz çoxdur, sadəcə güvənə bilmirsiz.

45-53 saniyə - normal orta səviyyədə təşviş. Amma sevinməyin, çünki ruhi gərginliyiniz var. Bunu sadəcə gizlədirsiz.

35-45 saniyə - yüksək təşviş. Hətta test zamanı da stress keçirdiz. Nədənsə qorxursuz.

35 saniyədən tez gözünü açdınsa – ciddi təşviş pozuntusu. Bu testi bir neçə günə yenidən təkrarlayın. Sizə peşəkar yardım və həyatınızı dəyişmək lazımdır.


Aygün Musayeva