1 həftədə sızanaqları qurudur - Evdə hazırla

  • 2022.09.23 16:33
  • 2780 Baxış
1 həftədə sızanaqları qurudur   - Evdə hazırla


Üzünüzdə yranan sızanaqlar dərinin qüsursuz görünüşünü korlayır.

Sızanaqları qısa müddətdə qurutmaq və məsamələrinizi təmizləmək istəyirsinizsə, evdə təbii maskalardan istifadə edə bilərsiniz. Dəridə iltihabı azaldan, məsamələri sıxlaşdıran, sızanaq və qara nöqtələrin əmələ gəlməsinin qarşısını alan bu maskaları asanlıqla hazırlaya bilərsiniz.

"Medicina"ızanaqlarla bağlı həmin araşdırmanı təqdim edir:

Hər kəs zaman-zaman sızanaq və qara nöqtə problemi ilə qarşılaşır. Ətraf mühit faktorları, dərinin kifayət qədər təmizlənməməsi və ya məsamələrin tıxanması səbəbindən dərinizdə sızanaqlar əmələ gəlir.

Sızanaqlar necə yaranır? Bu sual hər kəs tərəfindən verilir. Dərinin həddindən artıq yağlanması və piy vəzilərindən sebum adlı maddənin ifraz olunması nəticəsində sızanaqlar əmələ gəlir.

Qıl köklərindən sebum çıxmadıqda məsamələri bağlayır. Sebum xaric olmadıqda, ölü hüceyrələrin xaric edilməsinin qarşısını alır. Bakteriyaların çoxalmasına səbəb olur. Nəticədə sızanaqlar əmələ gəlir.

Dərinin kifayət qədər təmizlənməməsi, ətraf mühitin çirklənməsi, makiyaj qalıqları dəridə sızanaqlara səbəb olur. Dərinizə yaxşı qulluq etməlisiniz ki, sızanaqlar qurusun və təkrarlanmasın.

Sızanaqların qarşısını almaq üçün dərinizi təmiz saxlayın.
Sızanaqlarınızı sıxmayın.

Məsamələri təmiz saxlayın və sıxlaşdırın.
Üzünüzə təmas zamanl əllərinizi təmiz saxlayın.
Dəriniz üçün su əsaslı nəmləndiricilərdən istifadə edin.
Dərinizi dəsmal yerinə kağız dəsmallarla qurudun.
Yağlı və şəkərli qidalar qəbul etməyin.
Tonik istifadə etdiyinizə əmin olun.
Hər gün bol su için.


Limon maskası ilə sızanaqlara son!

Dərinizdə anidən sızanaq yaranırsa, qarışıq və ya yağlı dəri tipinə sahibsiniz.
Limon maskası ilə dərinizin yağ balansını tarazda saxlaya bilərsiniz. Limonun turşuluğu sızanaqları qısa müddətdə qurudur.
3 xörək qaşığı limon suyu və 2 xörək qaşığı balı qarışdırın
Sızanaqların üzərində 15 dəqiqə saxlayın.
İlıq su ilə yuyun.
Həftədə 3-4 dəfə sızanaqlara çəkin.

ÇAY AĞACI YAĞI MASKASI

Çay ağacı yağı dərinin yağ balansını tarazda saxlayır. Məsamələri təmizləməyə kömək edir. Sızanaq və sızanaq kimi dəri problemlərində istifadə olunur.

Ən güclü antioksidantlardanbiri olan çay ağacı yağı müntəzəm olaraq istifadə edildikdə sızanaqları qurudur və təkrar əmələ gəlməsinin qarşısını alır.

Çay ağacı yağı düzgün tətbiq edildikdə sızanaqdan sonra dəridə yaranan ləkələri və çapıqları da müalicə edir. Dəri rəngini açaraq daha bərabər dəri tonuna sahib olmağa kömək edir.

Bir pambığın üzərinə 2 damcı çay ağacı yağı damladın və masaj edərək problemli hissəyə çəkin. Sonra dərinizi yuyun.
Dərinizdə həssaslıq varsa, həkimlə məsləhətləşin!

Aygün
BakuPost