1 həftədən çox davam edən bel ağrıları hansı xəstəlikdən xəbər verir?

  • 2024.02.28 19:17
  • 931 Baxış
1 həftədən çox davam edən bel ağrıları  hansı xəstəlikdən xəbər verir?
Ən çox rast gəlinən problemlərdən olan bel ağrıları 1 həftə davam edərsə, peşəkar yardım axtarılmalıdır.

Medicina.az xəbər verir ki, beyin və sinir cərrahiyyəsi üzrə uzman Op. Dr. Önder Taşkın bel ağrılarının altında yatan əsas təhlükəni açıqlayıb.

O, həyat keyfiyyətinin azalmasına və iş qabiliyyətinin itməsinə səbəb olan bel ağrılarının müalicə prosesində ağrı diaqnozunun fərqləndirilməsinin əhəmiyyətinə diqqət çəkib:

"Bel ağrıları 7 gündən çox davam edərsə, istirahət və dərmanla keçmirsə, yerimə funksiyalarınızda pisləşməyə səbəb olarsa, mütləq peşəkar bir həkimə müraciət etmək lazımdır".

Op. Dr. Önder Taşkın hamiləlik, stress və ani hərəkətlərdən qaynaqlanan əzələ spazmları ilə də yarana bilən bel ağrılarının yeni doğulanlardan yaşlılara qədər hər kəsdə müşahidə edilə biləcəyini deyib.

“Fəqərə və onurğa iliklərində anadangəlmə anomaliyalar, travmalar, infeksiyalar, disk yırtıqları və kirəclənmələr bel ağrılarının səbəblərindəndir. Əsas odur ki, onları fərqləndirməyi və düzgün müalicə etməyi bacaraq. Hər bel ağrısı disk yırtığına işarə etmir və hər disk yırtığına əməliyyat gərəkmir. Bir çox xəstənin ağrılarının qarşısını müxtəlif üsullarla alırıq”, - deyə Op. Dr. Önder Taşkın vurğulayıb.


Gül