Bakı şəhəri Yasamal rayonunda gənc qız binadan yıxılıb.
"Medicina" "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə mayın 24-ü saat 19 radələrində qeydə alınıb.
Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Nərminə Əmirli paytaxtın Əsəd Əhmədov küçəsi, 24B ünvanında yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb.
Pəncərədən yıxılan qız möcüzə nəticəsində sağ qalıb.
N. Əmirlinin vəziyyəti orta ağırdır.