10-dan çox otel fəaliyyətini dayandırdı

  • 2020.03.11 20:35
  • 1660 Baxış
10-dan çox otel fəaliyyətini dayandırdı
Koronavirusun Gürcüstan iqtisadiyyatına mənfi təsirləri davam edir. Mart-aprel ayları üçün otellərdə bron edilmiş yerlərin 90 faizi ləğv olunub.

Medicina.az xəbər verir ki, artıq paytaxt Tiflisdə 10-dan çox otel fəaliyyətini müvəqqəti dayandırıb. Yaxın bir neçə gün ərzində daha bir neçə otelin fəaliyyətini dayandıracağı gözlənilir.

Bölgələrdəki otellərin də eyni addım atacağı bildirilir.

Qeyd edilir ki, otellərin əməkdaşları ödənişsiz məzuniyyətə göndərilib. Otel sahibləri vergilərin ödəmələrinin təxirə salınması ilə bağlı hökumətin qərarını gözləyirlər.

Bildirilir ki, Gürcüstan hökuməti turizm sektoru üçün böhran əleyhinə plan hazırlayır.