10 il kartof-fri, fast-food yedi, kar-kor oldu - 17 yaşlı oğlanın sonu

  • 2019.09.03 21:24
  • 6072 Baxış
10 il kartof-fri, fast-food yedi, kar-kor oldu -  17 yaşlı oğlanın sonu
10 il ərzində sadəcə fast-foodla qidalanan 17 yaşlı gənc oğlan görmə və eşitmə qabiliyyətini itirib. 


Medicina.az xəbər verir ki,  o 7 yaşından sadəcə kartof qızartması -free, çips, ağ çörək və işlənmiş ətlə qidalanır. Nəticədə gəncdə ciddi vitamin çatışmazlığı yaranmağa başlayıb.


Adı açıqlanmayan gəncin müalicəsini aparan Briston Universiteti Beynəlxalq Sağlıq Xidmətinin həkimi Dənizə Atan bildirib ki, gənc 14 yaşında olarkən "yorğunluq" şikayətilə xəstəxanaya müraciət edib.

 

Müayinə nəticəsində onda B12 çatışmazlığından qan azlığı yarandığı təsbit edilib. 15 yaşında isə eşitmə, ardınca görmə qabiliyyətini itirməyə başlayıb.

 

İki il ərzində vəziyyəti getdikcə ağırlaşan gənc 17 yaşında tamamilə kar və kor olub.