104 yaşlı pilot uzun ömürlüyün sirrini açdı

  • 2023.09.14 16:09
  • 1791 Baxış
104 yaşlı pilot uzun ömürlüyün sirrini açdı
II Dünya Müharibəsinin veteranı, 104 yaşlı amerikalı pilot növbəti ad gününü qeyd edib.


“Medicina” xəbər verir ki, Vilbur Britton 1918-ci ildə anadan olub, 22 yaşında hərbi xidmətə gedib.

1945-ci ildə Xirosimo və Naqasakinin bombalanmasında iştirak edəcək təyyarə sınaqlarında olan azsaylı pilotlardan biridir.

40 yaşından sonra o müxtəlif aviakompaniyalarda işləyib. O, ömrü boyu sevimli peşəsində çalışıb.
“Mən heç də adi pilot deyildim. Mən B17 və B24-ü idarə etmşəm”.

Həyatının ən böyük uğurunu isə ailəsi və övladları hesab edir.

Ondan uzun ömrünün sirrini soruşduqa, “ürəyiniz nə istəyir, onu edin” cavabını verib.

104 yaşlı ahıl öz evində yaşayır, özünə qulluq edə bilir, ad gününü 2 qızı və nəvələri ilə qeyd edir.

Aygün Musayeva