105 yaşlı qadının qəribə sirri

  • 2024.02.06 18:21
  • 716 Baxış
105 yaşlı qadının qəribə   sirri

105 yaşlı amerikalı Cenni Akvino yanvarda yubileyini qeyd edib.


“Medicina” xəbər verir ki, ad günündə qadın və onun qızı uzunömürlüyün sirrini açıb.

Cenni hər gün təsbeh yığır və əllərini, burnunu tez-tez yuyur.

Onun 6 övladı, 11 nəvəsi var. Hər gün o, ailəsi və doğmaları üçün dualar edir.

Akvino Meksikada doğulub, daha sonra ABŞ-a köçüb. 16 yaşında ərə gedib.


O dadlı yemək bişirməyi və musiqiyə qulaq asmağı sevir.
Hələ də yaxşı iştahasından məmnundur.

Bu vaxta kimi tarixin ən yaşlı qadını Janna Luiza Kalman olub, o 123 yaşında vəfat edib.

Aygün Musayeva