106 yaşlı qadın uzun ömrünün sirrini açdı

  • 2024.01.16 20:10
  • 1038 Baxış
106 yaşlı qadın uzun ömrünün sirrini    açdı

Avstraliyalı Keri Makrey 106 yaşını qeyd edib.



“Medicina” xəbər verir ki, 1917-ci ildə doğulmuş qadın 15 yaşından işləyib. Londonda çalışsa da əri ilə birgə Avstrliyaya köçüb.

18 ildir o, ahıllar evində yaşayır.

Qadın uzun ömrünün sirrini təbəssümdə görür.

“Həmişə gülümsəmək və həyatda yoluna çıxan hər şeydən zövq almaq”.

Qadın sağlam qalması üçün hobbisi olan bağçılığa minnətdardır. O, həyətində bağ salır, bitkilərə qulluq edib.

Makret gəncliyindən boulz adlı oyun oynayır və indi də yaşlılar evləri arası yarışlara qoşulur.
O təqaüdə çıxandan boş qalmayıb və 90 yaşına kimi ictimai işlərdə çalışıb.

“Heç vaxt boş bekar olmamışam, həmişə məşğulam”.

Aygün Musayeva