11 aprel Parkinsonla Mübarizə günü

  • 2024.04.11 17:56
  • 928 Baxış
11 aprel   Parkinsonla Mübarizə günü

11 aprel - Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günüdür.



Parkinson - dayaq-hərəkət sisteminin pozulması ilə xarakterizə olunan xəstəlikdir.

Azərbaycanda da bu diaqnoz qoyulan xəstələrin hər il sayı artır.


Neyroloqlar Parkinson xəstəliyinin ilkin simptomunu səsdə aşkar ediblər.

“Medicina” xəbər verir ki, nevroloq Aleksandr Alexinanın sözlərinə görə, diaqnozdan 10 il öncədən səsdə dəyişiklik olur. Yumşaq, monoton səs çox vaxt hərəkət problemləri baş verməzdən əvvəl görünür.

Alimlər quşlar üzərində apardıqları araşdırma nəticəsində bu fikrə gəliblər.

Belə ki, nəğmə oxuyan quşla rarasında parkinsonla əlaqəli geni olan quşlar geni olmayanlardan daha az nəğmə oxuyub
Həmçinin geni dəyişdirilmiş quşların səsi daha yumşaq və qısa olur.


Parkinson xəstəliyindən əziyyət çəkən insanların beynindəki dəyişikliklər hərəkətlərin əvvəlkindən daha az olmasına səbəb olur. Bu, nitqinizdə və ünsiyyətinizdə problemlərə səbəb ola bilər.

Hansı səs əlamətləri ola bilər:

Qeyri-sabit səs
Əvvəl ah çəkib, sonra yavaş-yavaş danışıq
Əvvəlkindən daha asta ləng nitq
Boğuq səs
Boğaz ağrısı kimi hiss

Parkinson xəstəliyinin simptomları :

Tremor- əsmə
Hərəkətin yavaşlığı
Əzələ sərtliyi

Balans problemləri
Qoxu itkisi
Nevralgiya
Sidik ifrazı ilə bağlı problemlər
Qəbizlik


Aygün Musayeva