11 yaşlı məktəbli intihar etdi - Oyuna görə

  • 2020.10.02 11:22
  • 1740 Baxış
11 yaşlı məktəbli intihar etdi  - Oyuna görə

“Mavi Balina”ya bənzər yeni bir ölümcül onlayn oyuna qatılan 11 yaşlı məktəbli intihar edib.

Medicina.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, dəhşətli hadisə İtaliyada baş verib.

Bildirilir ki, uşaq ölümqabağı məktubunda valideynlərini çox sevdiyini və papaqlı olan qara kişinin ardınca getməli olduğunu deyib.

Müstəntiqlər söhbətin “Conatan Qalindo” adlı uydurma personajdan insanabənzər itə oxşayan və papaqlı geyimdə olan sirli fiqurdan getdiyini düşünür

Jurnalistlər yeni “əyləncəni” “ Mavi Balina” oyunu ilə müqayisə edirlər. Xatırladaq ki, həmin oyunla əlaqədar 20-yə yaxın yeniyetmənin intihar etdiyi məlumdur.