Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

12 iyunda könüllü qan verə bilərsiz - Bakıda donor günü

  • 2025.06.04 17:07
  • 297 Baxış
12 iyunda könüllü qan verə bilərsiz   - Bakıda donor günü


Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsində 14 İyun - Beynəlxalq Qan Donorluğu Gününə həsr olunmuş kütləvi qanvermə aksiyası təşkil olunacaq.


"Medicina" xəbər verir ki, qanvermə aksiyası 12 iyun saat 10:00-dan 16:00-dək MOK-un inzibati binasında keçiriləcək.

MOK hər kəsi "Həmrəy olaq, qanımızla yaşadaq" adlı qanvermə aksiyasında fəal iştirak etməyə dəvət edir.