Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

12 may - Beynəlxalq tibb bacısı günü

  • 2025.05.12 15:16
  • 82 Baxış
12 may -  Beynəlxalq tibb bacısı günü


Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd edilir.

"Mediicna" xəbər verir ki, ilk dəfə 1971-ci ildən Beynəlxalq Tibb Bacıları Şurası rəsmi olaraq 12 Mayı Beynəlxalq Tibb Bacıları Günü kimi ilk ingilis tibb bacısı Florens Naytinqeylin doğum günü kimi təsis edib.

Ölkəmizdə Beynəlxalq Tibb Bacıları Günü 1996-cı ildən qeyd olunur. Bu gün müxtəlif profilli bütün orta səviyyəli tibb işçilərini (tibb bacıları, feldşerlər, mamaçalar, laborantlar) birləşdirir.

Bu gün tibb bacısı öz üzərinə bir çox etik öhdəliklər götürür: yaxşılıq etmək, xəstənin hüquqlarına və insan ləyaqətinə hörmət etmək, peşəsinə sadiq olmaq. Tibb bacısının milliyyətinə, irqinə, yaşına, cinsinə, siyasi və ya dini inancına və ya sosial statusuna görə heç bir məhdudiyyəti yoxdur.

Medicina.az