12 may Tibb bacıları günüdür – Azərbaycanın ilk tibb bacısı kimdir?

  • 2023.05.12 15:18
  • 2101 Baxış
12 may Tibb bacıları günüdür  – Azərbaycanın ilk tibb bacısı kimdir?
1971-ci ildə Beynəxalq tibb bacıları birliyi rəsmi olaraq 12 mayı tibb bacılarının peşəkar bayramı kimi təsis edib.

“Medicina” xəbər verir ki, bu gün ilk ingilis şəfqət bacısı Florens Naytinqeylin ad günü şərəfinə seçilib.

Azərbaycanda bu gün 1997-ci ildən qeyd edilir.

Bu günü səhiyyənin bir sıra ixtisas işçiiləri – tibb bacıları, feldşerlər, sanitarlar, mamaçalar qeyd edir.
Tibb bacısı istənilən tibbi yardımın, xidmətin əsas qüvvələrindəndir, həkim və cərrahların sağ əlidir. Xəstə ilə ən çox ünsiyyətdə olan da onlar olur.


Bəs Azərbaycanın ilk şəfqət bacısı kimdir?

O, Tiflisdə anadan olan Nigar Şıxlinskayadır. Nigar Zaqafqaziya Qızlar İnstitutunu bitirən ilk ali təhsilli azərbaycanlı qadındır. Birinci dünya müharibəsində şəfqət bacısı olub. Müharibə dövründə Qırmızı xaç adlı hərbi xəstəxanaya rəhbərlik edib.

Aygün Musayeva