12 xərçəng xəstəsi bu dərmanla sağaldı - Yeni kəşf

  • 2022.06.08 16:13
  • 3339 Baxış
12 xərçəng xəstəsi bu dərmanla sağaldı   - Yeni kəşf


ABŞ-da xərçəngin müalicəsi üzrə yeni kliniki sınaq başa çatıb.

Medicina.az xəbər verir ki, düz bağırsağın xərçəngi diaqnozu qoyulan 12 xəstə altı ay ərzində “Dostarlimab” adlı dərmanı qəbul etdikdən sonra sağalmağa doğru gedib.

Bu xərçəng əleyhinə vasitələrin sınaqları tarixində bir ilkdir.

Xəstələr müalicə zamanı əhəmiyyətli yan təsirlərlə qarşılaşmayıb. Hərçənd, dərmanın səbəb ola biləcəyi müxtəlif mənfi reaksiyaları aşkar etmək üçün kifayət qədər insanın araşdırmada iştirak etmədiyi vurğulanıb.

Tədqiqatdan ruhlanan elm adamları ümidverici nəticələrin təkrarlanmasının lazım olduğunu söyləyib və xərçəngin tamamilə yox edildiyi qənaətinə gəlmək üçün hələ çox tex olduğu barədə xəbərdarlıq ediblər.