Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

12 yaşlı uşağın ağciyərindən exinokokk kistası çıxarıldı

  • 2024.01.30 14:24
  • 832 Baxış
12 yaşlı uşağın ağciyərindən exinokokk kistası çıxarıldı
Klinik Tibbi Mərkəzin Torakal Cərrahiyyə şöbəsində daha bir xəstə Exinokokk paraziti diaqnozu ilə əməliyyat edilib.

"Medicina" xəbər verir ki, 12 yaşlı uşağın sol ağciyər payında 13 sm-lik kütlə aşkarlanıb.

KT müayinədə xəstədə ürəyin arxasında, böyük damarlarının qonşuluğunda, mediastenə yaxın yerləşmiş böyük ölçülü exinokokk kistası aşkar olunub.

Çətin və riskli hesab edildiyi üçün bir neçə tibb müəssisindən Kliniki Tibbi Mərkəzə göndərilən uşağın əməliyyatı uğurla icra olunub.

Uzman uşaq cərrahı Aynur Qurbanovanın iştirakı ilə keçirilən əməliyyatdan sonra xəstə evə yazılıb.


Aygün Musayeva