120/80 təzyiq normal deyil, predhipertoniyadır – Həkim

  • 2023.09.25 21:31
  • 3868 Baxış
120/80 təzyiq normal deyil, predhipertoniyadır   –  Həkim

Norma həddində hesab edilən 120, 125/80 təzyiq göstəricisi indi normal qəbul edilmir.

“Medicina” xəbər verir ki, məşhur həkim kardioloq Aleksandr Myasnikov indi predhipertoniyanın artdığını bildirib.


“Təzyiqin normal həddi 118/79-da bitir. 125/80, 129-80 artıq predhipertoniyadır, yəni hipertoniyaya doğru gedir.


Nəzərə almaq lazımdır ki, təzyiq harda ölçülür, evdə, ya xəstəxanada, həkində professional şəkildə? Təzyiq sutkalıq ölçülməlidir, eləcə də gündüz və gecə təzyiqi fərqlənir.

Əsl hipertoniya, artıq təzyiq xəstəliyi necə qoyulur?

Evdə ölçəndə 130-135/80
Xəstəxanada – 130/80
Holter monitorinqində / 130/80
Sutka ərzində dəyişimlər 125/80

Hipertoniyanın əlamətləri:

- Baş ağrısı
- Baş hərlənmə
- Başda tuman hissi
- Görmənin dumanlanması
- Qulaqda küy
- Ürək ritminin eşidilməsi
- Yuxusuzluq
- Sİnədə ağrı
- Yorğunluq

Aygün Musayeva