14 mart - Dünya Böyrək Günü- Cüt orqanı necə qoruyaq?

  • 2024.03.14 14:42
  • 454 Baxış
14 mart - Dünya Böyrək Günü - Cüt orqanı necə qoruyaq?
Bu gün bütün dünyada Dünya Böyrək günüdür.


"Medicina" xəbər verir ki, Azərbaycan böyrək xəstəlikləri üzrə uzun illərdir riskli ölkələrdən biridir.

Ölkədə böyrək daşı xəstəliyi və hemodializ xəstələrinin sayı az deyil.


Böyrəklər də ciddi xəstəlik olanda nadir halda əlamət verir. Böyrək xəstəliyi təkcə ağrı ilə təyin olunmur. Sidik və kreatin analizi vaxtaşırı verilməlidir.

Böyrəklərin işində artıq pozulma olduğunu göstərən əsas əlamətlər:

- Daim yorğunluq, baş hərlənmə, təngnəfəslik, əzginlik, yaddaş zəifləməsi. Böyrəklər bu zaman eritropoetin hormonunu az ifraz edir.

- Dəridə iynəbatırma, qaşınma hissi, ağızdan qoxu, ürəkbulanma, qusma, iştahsızlıq
Artıq böyrəklər sidik turşusu, kreatinin və fosfatları yaxşı süzmür.

- Ürək ritminin pozulması, əzələ ağrıları.
- Üz, əl, ayaqda şişkinlik

- Köpüklü sidik. Bu zülalın aktiv çxarılmasıdır.

- Təzyiqin artması, yuxu pozulması, immunitet zəifliyi, sümüklərin zəifləməsi arıqlama

Diabet xəstələrində də böyrəklər tez sıradan çıxır".

Aygün Musayeva