14 uşaqlı ailə koronavirusa yoluxdu – “Bizdən test götürmürlər ki, sayınız çoxdur"

  • 2020.11.03 15:52
  • 7403 Baxış
14 uşaqlı ailə koronavirusa yoluxdu  – “Bizdən test götürmürlər ki, sayınız çoxdur"

Permdə 14 uşağı ilə məşhur olan ailə üzvlərində koronavirus aşkarlanıb


Medicina.az xəbər verir ki, ailə başçısı dövlətin onlara etinasızlığından gileylənib:

“Belə situasiyada heç vaxt olmamışıq. Birinci gündən yoldaşımla mən qrip simptomları hiss etdik. Poliklinikada uzun növbələr idi, ona görə özəl klinikada həkimə getdik. Həkim ağciyərlərimizdə problem aşkarladı və antibiotik yazdı. Dedi, əgər pis olsaz, təcili yardım çağırın. Ertəsi gün qızdırma 39-a çıxdı. Təcili yardım həkimi gəldi, dedi antibiotiklərə davam edin. Amma bizdən test götürmədi”.

1 həftə sonra 14 uşağın hamısının dad qoxubilməsi pozulub.

Ailə başçısı hər yerə zəng etsə də, hər kəs təəssüfləndiklərini deyib, heç kim koronavirus testi götürməyib.

“Pediatrlar deyir ki, qızdırması olan uşağa baxa bilərik. Qalanı maska taxıb evdə qalsın. Deyirlər, test zərdabı yoxdur, çatışmır. Özəldə test vermək üçün bizə 40 min rubl lazımdır. Biz nə edək”


Ailə televiziya və mətbuata müraciət edib və artıq uşaqlardan test götürülməsi üçün briqada göndərilib.