16 yaşında zorlandı - 20 il sonra təcavüzçüsüylə kitab yazdı/FOTO

  • 2017.11.07 16:18
  • 18253 Baxış
16 yaşında zorlandı -  20 il sonra təcavüzçüsüylə kitab yazdı/FOTO
Qadın 20 ildən sonra təcavüzçüsüylə birlikdə kitab yazdı. 16 yaşında İslandiyada təcavüzə uğrayan qadın 20 il sonra bu barədə kitab yazıb.

 

Medicina.az xəbər verir ki, hadisənin ən maraqlı tərəfi onun kitabı təcavüzçüsüylə birlikdə yazmasıdır. 


Tərəflər həyatlarının ən qaranlıq anı olaraq adlandırdıqları təcavüzün 20 ildir, verdiyi təsirlərindən "South of Forgiveness” adlı kitabda danışıblar. Cütlük San Fransiskoda təşkil edilən tədbirdə kitab barəsində və təcavüzdən sonra keçən müddəti danışıb. Qadın həmin gecəni belə xatırlayıb:


"Ağlımı itirməmək üçün içimdə saniyələri saydım. O gecədən bəri 2 saatda 7 min 200 dəqiqə olduğunu bilirəm. Həftələrcə ağlasam da yaşadığım hadisə televiziyada gördüyüm təcavüzlərə bənzəmirdi. Tom silahlı bir manyak deyildi, mənim sevgilimdi. Hadisə hansısa küçədə deyil, mənim yatağımda yaşanmışdı”.

Yaşanan hadisənin münasibətlərinə verdiyi zərəri fərq etdikdən sonra Tom ölkəsi Avstraliyaya dönənə qədər cütlük bir-biri ilə görüşməməyə qərar verib. Tom yaşadıqlarını təcavüz olaraq görmədiyini bildirib. Ancaq buna baxmayaraq boşluq və günahkarlığı içində illərlə daşıdığını qeyd edib.


25 yaşında əsəb krizi keçirdən Thordis içini yeyən nifrət duyğusu səbəbindən içindəkiləri anlatmaq üçün Toma məktub yazıb. 8 il ərzində mail vasitəsilə danışan cütlük görüşməyə qərar verib.


Təcavüzün üzərindən 20 il keçdikdən sonra yaşanan hadisəni-bir-birlərinə danışan Tom və Thordis bunun yaşadıqları travmaya müsbət təsir göstərdiyini qeyd edib.

 

16 yaşında zorlandı -  20 il sonra təcavüzçüsüylə kitab yazdı/FOTO
16 yaşında zorlandı -  20 il sonra təcavüzçüsüylə kitab yazdı/FOTO
16 yaşında zorlandı -  20 il sonra təcavüzçüsüylə kitab yazdı/FOTO