16 yaşlı gənc dərmandan zəhərləndi

  • 2021.07.24 09:39
  • 1233 Baxış
16 yaşlı gənc dərmandan zəhərləndi
Şabran rayonunda zəhərlənmə hadisəsi olub.

Medicina.az xəbər verir ki, Report-un məlumatına görə, Qorğan kənd sakini, 2005-ci il təvəllüdlü Abdulrəhman Şaiq oğlu Teymurov dərman zəhərlənməsi şikayəti ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.