Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

17 nəfəri ilan sancıb

  • 2025.07.08 15:07
  • 95 Baxış
17 nəfəri ilan sancıb

Bu ilin iyun ayı ərzində ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 17 nəfər qəbul olunub.

Mərkəzin mətbuat xidmətindən Medicina.az -a verilən məlumata görə, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib. İlan sancan şəxslər arasında ölüm halı qeydə alınmayıb.

Xatırladaq ki, ilansancma ilə əlaqədar KTM-in Toksikologiya şöbəsinə apreldə 1, mayda 6 nəfər müraciət edib.