17 yaşlı oğlanda 18 sm quyruq - Quyruqlu doğulan uşaqları gizlədirlər

  • 2019.05.21 15:45
  • 40287 Baxış
17 yaşlı oğlanda 18 sm quyruq -  Quyruqlu doğulan uşaqları gizlədirlər
Hər il dünyada onurğa sütunu qurtaracağında əlavə quyruğa bənzər orqanla doğulan uşaqların sayı artır.

 

Yenidoğulan kimi rast gəlinən bu patologiya bir neçə ay sonra əməliyyatla aradan qaldırılmalıdır.

 

Medicina.az xəbər verir ki, daha çox Asiya və Hindistanda rast gəlinən bu anomaliyalar o ölkələrdə bəzən müqəddəslik və tanrılardan işarət kimi qəbul olunur, ona görə əməliyyatdan qaçırlar.


Belə bir maraqlı fakt barədə Azərbaycanın fleboloq-cərrahı İsmayıl Əsgərov açıqlama paylaşıb:


17 yaşlı oğlanın bel-oma nahiyəsində doğuşdan mövcud olan quyruq artıq onun oturmasına çətinlik yaradıb və ağrı verib. Oğlan geyimlərini belə geyinə bilmirdi.


Həkim bildirib ki, bu vəziyyətə yeni doğanlarda rast gəlinə bilər, amma 17 yaşda 18 santimetr uzunluqda quyruğun olması çox gecikmiş haldır: "Xəstə və ailəsi inanc, sosial qınaq və utanc səbəbindən həkimlərə müraciət etməyib.

 

Hadisə Hindistanda baş verib. Valideynlər bu quyruğun Hindli meymun tanrısı "Hanuman"dan bir hədiyyə olduğuna inanıblar. Xəstə ümumi anesteziya altında əməliyyat edildi. Əməliyyat öncəki müayinə ilə quyruğun onurğa sütunu, sinirlərlə əlaqəsinin olmadığı aşkarlandı. İndi artıq o, quyruqsuz həyatına davam edəcək"


Mütəxəssis onu da qeyd edib ki, bu kimi hallarla bağlı həkimə vaxtında müraciət olunmalıdır:

 

"Əsas diqqətimizi çəkən məqam isə ölkəmizdə tez-tez sosial ləkə, cəhalət, savadsızlıq ucbatından vaxtında müalicə oluna bilən xəstəliklərə görə gecikmiş müraciətlərdir. Təəssüf ki, uşağının şəkər xəstəsi olduğunu kimsə bilməsin deyə qohum-qonşu yanında uşaqlara şirniyyat verən valideynlərlə də rastlaşırıq”.