Gəncədə 17 yaşlı oğlan qəfil ölüb.
Medicina.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü İsa Allahverdiyev huşsuz vəziyyətdə şəhərdəki xəstəxanaların birinə çatdırılıb.
Xəstəxanada müayinə zamanı onun öldüyü məlum olub.
İlkin məlumata görə, yeniyetmənin hazırlıqda olarkən halı pisləşib. Onun epilepsiya tutması keçirdiyi ehtimal olunur.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün 12:10 radələrində 2009-cu il təvəllüdlü şəxs (kişi) xəstəxananın nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub: “Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı qeydə alınıb.
MEDİCİNA.AZ