18-24 noyabr Antimikrob Preparatlar həftəsidir

  • 2021.11.22 15:26
  • 2597 Baxış
18-24 noyabr Antimikrob Preparatlar həftəsidir

18-24 noyabr Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsidir.

Medicina.az xəbər verir ki, antimikrob preparatlara qarşı davamlılıq mikroorqanizmlərin bir və ya daha çox antimikrob preparatın təsirinə qarşı özünümüdafiə qabiliyyətidir.

Müxtəlif növ mikroorqanizmlərə qarşı mübarizə aparan fərqli antimikrob preparatlar var. Məsələn, bakteriyalara qarşı antibakterial preparatlar və antibiotiklər, viruslara qarşı antiviral dərmanlar, göbələklərə qarşı antifunqal dərmanlar və s.

Antimikrob preparatlara qarşı davamlılıq hansı hallarda baş verir?

Dərmanlar bakteriya, virus, göbələk və parazit üzərində artıq öz təsirini itirir. İnfeksiyaların müalicəsi çətinləşir. Xəstəliyin yayılması, ağır xəstəlik və ölüm riski artır. /aztibb.az/