186 gəncin ölüm səbəbi araşdırıldı - Hava kirliliyi hissəcikləri

  • 2020.10.08 11:29
  • 1813 Baxış
186 gəncin ölüm səbəbi araşdırıldı  - Hava kirliliyi hissəcikləri
“Environmental Research” jurnalında yayımlanan bir araşdırmaya görə, uşaqların və gənc insanların beyin kökündə hava kirliliyindən qaynaqlı olan kiçik parçaların olduğu kəşf edildi.

Medicina.az xəbər verir ki, bunun altsheymer və parkinsonda olduğu kimi molekullara zərər verə biləcəyi düşünülür. Çalışmalar Meksikanın paytaxtında qəflətən ölən və yaşları 11 aydan 27 yaşına qədər olan 186 gəncin beyinləri üzərində aparıldı. Araşdırmada, hava kirliliyinin altsheymer və parkinson xəstəliyinə səbəb olduğu da qeyd edildi. Daha təmiz bölgələrdə yaşayan insanların beyinlərində isə bu kimi maddələrə rast gəlinmədi.

Qeyd edək ki, dünyada hər 10 nəfərdən 9-nun kirli havanın olduğu bölgələrdə yaşadığı qeyd edildi.