Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Medicina.az xəbər verir ki, dünən (dekabrın 15-i) saat 16 radələrində 2006-cı il təvəllüdlü Züleyxa Hüseynova yaşadığı Xəzər bağlar sahəsindəki evin hamam otağında dəm qazından zəhərlənib.
O, hadisə yerində vəfat edib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
medicina.az