2 il sonra koronavirus....- Yeni proqnoz

  • 2020.11.04 15:09
  • 3669 Baxış
2 il sonra koronavirus.... - Yeni proqnoz

Koronavirus insanlar üçün bir neçə il sonra ölümcül olmayacaq. Bu ümidverici proqnozu rusiyalı virusoloq bildirib.

Medicina.az xəbər verir ki, bu barədə Qamaleya İnstitutunun tədqiqatçısı, tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn bildirib.

“COVID-19 kimi viruslar üçün azalan patogenlik istiqamətində dəyişiklik xarakterikdir. Təxminən bir, iki və ya üç il ərzində virus o qədər az riskə sahib olacaq ki, ölüm halları demək olar ki, olmayacaq”, - ekspert qeyd edib.

Sözlərini qüvvətləndirmək üçün alim statistikaya müraciət edib. Onun sözlərinə görə, dünyada yay göstəriciləri ilə müqayisədə ölüm nisbətində kəskin azalma nəzərə çarpır. Virusoloq ölənlərin sayının 3-4 dəfə az olduğunu vurğulayıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus infeksiyasının uzunmüddətli nəticələri barədə xəbərdarlıq edib.