2 uşaq anası soyuqdəymədən öldü - ŞƏKİDƏ

  • 2020.01.20 10:37
  • 3673 Baxış
2 uşaq anası soyuqdəymədən öldü -   ŞƏKİDƏ
Şəkidə iki uşaq anası soyuqdəymədən ölüb.

Medicina.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun 1993-cü il təvəllüdlü İnçə kənd sakini İsayeva​ Xəyalə Qəhrəman qızı ötən gün axşam saatlarında​ yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. X.İsayeva xəstəxanaya çox ağır vəziyyətdə qəbul olunub. Qəbul olunduqdan bir qədər sonra isə dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, X.İsayevanın səhhətində bir neçə göndür ki, yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub.

X.İsayevanın ölüm səbəbini dəqiqləşdirmək üçün onun meyiti məhkəmə tibbi ekspertiziyasına təhvil verilib.