Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2 yaşlı uşağı ağcaqanad dişlədi - Yataq xəstəsi oldu - FOTO

  • 2025.05.24 11:24
  • 198 Baxış
 2 yaşlı uşağı ağcaqanad dişlədi -  Yataq xəstəsi oldu - FOTO

Türkiyədə Əskişəhərdə yaşayan balaca Mehmet Emirin həyatı hələ 1,5 yaşında ikən ağcaqanad sancması nəticəsində alt-üst olub.

Medicina.az xəbər verir ki, 6,5 il əvvəl ailəsi tərəfindən Afyonkarahisarın Emirdağ mahalına aparılan Mehmet Emir Özbakanı yatarkən milçək dişləyib.



Bundan sonra balaca körpə yataq xəstəsi olub.

Boru ilə qidalanan balaca körpəni Qərbi Nil Virusunu daşıyan ağcaqanad tərəfindən dişlənərək infeksiyanı beyninə yaydığı müəyyən edilib.

Təxminən 6,5 ildir aldığı fizioterapiya sayəsində Özbakan boru ilə qidalanmadan xilas olub və bədənində müxtəlif hərəkətlər əldə edib.



Anası övladının xəstəliyini belə izah edib:

"Emir o vaxt 1,5 yaşında idi, yeriyə bilirdi, danışa bilirdi. Getdiyimiz yerdə ağcaqanad dişlədi. Yatmışdı, oyandı və o gündən də belədir.

İndi onun 8 yaşı var və təxminən 6,5 ildir ki, hər gün fiziki müalicəyə gedirik. Biz bu xəstəliyin müalicəsini axtarırıq. Əvvəllər gəzirdi və danışırdı, normal uşaq idi".

Aygün
Medicina.az