20 il sonra nəhayət mümkün oldu: insan beyninin təəccübləndirən görüntüsü

  • 2024.04.04 15:15
  • 548 Baxış
20 il sonra nəhayət mümkün oldu:  insan beyninin təəccübləndirən görüntüsü
“Iseult” adlı MRT cihazı ilə insan beyninin ən aydın görüntüsü əldə olunub.

Medicina.az xəbər verir ki, Fransa Atom Enerjisi və Alternativ Enerji Agentliyinin (CEA) yayımladığı şəkil dünyanın ən güclü maqnit rezonans tomoqrafiya (MRT) cihazı ilə əldə edilib.

Məlumata görə, bu görüntünü əldə etmək üçün 20 ildən çoxdur araşdırmalar aparılırdı.



Son bir neçə ayda 20 sağlam könüllü üzərində sınaqdan keçirilən 11,7 Tesla maqnit gücünə malik “Iseult” cihazı təxminən 4 dəqiqədə ən aydın beyin görüntüsünü çəkə bilib. Halbuki xəstəxanalarda istifadə edilən cihazlarla adi görüntüləri əldə etmək belə saatlarla vaxt alır.

“Iseult” layihəsinin prezidenti və CEA araşdırma direktoru Nikolas Bulant daha yüksək keyfiyyətli məlumat əldə etmək üçün araşdırmaların hələ bir neçə il davam edəcəyini söyləyib. O, məqsədlərinin 2026-2030-cu ilə qədər psixiatriya sahəsində şizofreniya və bipolyar pozğunluq, həmçinin neyrodegenerativ kimi bir çox xəstəliyi araşdırmaq olduğunu qeyd edib.

“Iseult” MRT cihazı ilə əldə edilən ultra detallı anatomik məlumatların Alzheimer və Parkinson kimi xəstəliklərin diaqnozuna kömək edəcəyi proqnozlaşdırılır.


Aysel