Yunanıstanda iqtisadi böhranın hiss olunmağa başladığı 2010-cu ildən bəri təxminən 20 min həkimin ölkəni tərk etdiyi bildirilir.
Medicina.az xəbər verir ki, yunan mətbuatında yer alan xəbərlərə görə, bir çox həkim aşağı maaş, həddindən artıq iş yükü, kadr çatışmazlığı səbəbiylə xaricə getməyi seçir.
2010-cu ildən bəri 20 minə yaxın həkimin ölkəni tərk etdiyi bildirilir.
Bildirilib ki, dövlət xəstəxanalarında çalışan gənc həkimlər ayda 1500 avrodan az maaş alır və həftədə 65 saatdan çox iş saatı ilə üzləşirlər.
Miqrasiya edən həkimlərin əksəriyyətinin 25-44 yaş arasında olan gənc mütəxəssislər olduğu və bu vəziyyətin səhiyyə xidmətlərinin keyfiyyətini aşağı salmaqla yanaşı, ölkənin əhalisinə də mənfi təsir göstərdiyi vurğulanıb.
Yunan həkimlərin ən çox üstünlük verdiyi ölkələr arasında İngiltərə, Almaniya, Fransa, Cənubi Kipr Rum Administrasiyası, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı olduğu bildirilib..
Aygün
BakuPost