20% xroniki xəstəliklərin səbəbi yuxusuzluqdur - ALİMLƏR

  • 2022.10.20 15:05
  • 1428 Baxış
20% xroniki xəstəliklərin səbəbi yuxusuzluqdur   - ALİMLƏR

Avropalı tədqiqatçılar orta və yaşlı insanlarda xroniki xəstəliklərin 20%-nin səbəbini yuxusuzluqda olduğunu sübut edib.

Əgər insan sutkada 5-6 saatdan az yatırsa və gecə yuxusu almırsa, onda xəstəliklər inkişaf edir.

"Medicina№ xəbər verir ki, London kollecinin alimləri xroniki yuxusuzluq və xroniki yorğunluğun müasir insanın əsas xəstəlik səbəbi olduğunu açıqlayıb.

"İndi bütün inkişaf etmiş ölkələrdə 30 yaşdan sonra eyni vaxtda bir neçə xroniki xəstəlikdən əziyyət çəkir.

Yaşlı insanların 70%-də 2 və daha çox xroniki xəstəlik var. Bizim tədqiqatımız bunun yuxunun azalması ilə əlaqədar olduğunu sübut edib " - deyə alim Severin Sabiya bildirib.

Onlar 7 min 50-70 yaş arası insanları eksperimentə cəlb edib.
Bu insanların yuxu müddəti yoxlanılıb, eləcə də tibbi bazada xəstəlikləri araşdırılıb.

Məlum olub ki, əvvəllər heç bir xəstəliyi olmayan insanların yuxu problemi yaranandan sonra xroniki xəstəlikləri baş qaldırıb.
Xəstəliyi olan insan isə sutkada 5-6saatdan az yatara, xəstəliklər 30-40% daha da artıb və xronikləşib.

Ona görə də insanların yuxu problemini vaxtında aradan qaldırmaq lazımdır.
Xroniki xəstəliklərə qarşı mübarizədə yuxu amili nəzərə alınmalıdır.
Çünki məhz yuxuda beyin və əzələ sistemində təmir işləri gedir.

Aygün Musayeva